Haqqımızda

Qlobal logistika və daşımada etibarlı tərəfdaşınız

Logistics

SILVERLINE GLOBAL LOGISTICS

Beynəlxalq Logistikada Etibarlı Tərəfdaşınız

Silverline Global Logistics MMC 2009-cu ildə əsası qoyulmuş, beynəlxalq logistika xidmətləri sahəsində fəaliyyət göstərən və qısa müddətdə etibarlı mövqe qazanmış Azərbaycan şirkətidir. Şirkət müştəri məmnuniyyətini, xidmət keyfiyyətini və innovativ logistika həllərini fəaliyyətinin əsas prioritetləri kimi müəyyən etmişdir. Silverline Global Logistics müştərilərinə beynəlxalq yükdaşıma, qapıdan-qapıya logistika xidmətləri, parsiyel (qruppaj) daşımalar və tam yük (FTL/LTL) həlləri təqdim edir. Şirkətin 100-ə yaxın özünə məxsus nəqliyyat vasitəsi və Türkiyə, Almaniya və İtaliyada yerləşən qruppaj anbarları Avropa və MDB istiqamətləri üzrə operativ və təhlükəsiz daşımaları təmin edir. Silverline Global Logistics MMC logistikanın bütün əsas növləri üzrə beynəlxalq yükdaşıma xidmətləri göstərir: Quru yolu daşımaları (FTL, LTL) Dəniz yolu daşımaları (FCL, LCL) Dəmir yolu daşımaları (FCL, LCL) Hava yolu daşımaları Bu xidmətlər vahid idarəetmə modeli əsasında həyata keçirilir və yüklərin qapıdan-qapıya çatdırılmasını təmin edir. Silverline Global Logistics beynəlxalq logistika şəbəkələrinin və assosiasiyaların üzvü olaraq, Çindən Azərbaycana və digər ölkələrə beynəlxalq daşımaları aktiv şəkildə icra edir. Çin–Azərbaycan marşrutları üzrə həm standart, həm də xüsusi yük daşımaları həyata keçirilir.

*Layihə yüklərinin daşınması
*Ağır və qeyri-standart yüklərin daşınması
*Multimodal və intermodal daşımalar
*Terminal və liman xidmətləri
*Anbar xidmətləri
*Gömrük təmsilçiliyi xidmətləri
*Yüklərin sənədləşdirilməsi və logistika planlaması

DƏYƏRLƏRİMİZ

Niyə Silverline Global Logistics?

Etibarlılıq

Hər daşınmada təhlükəsizlik və vaxtında çatdırılmanı təmin edirik.

İnnovasiya

Müasir texnologiyalarla daha sürətli və ağıllı logistika həlləri təqdim edirik.

Qlobal Şəbəkə

Dünyanın müxtəlif ölkələrində etibarlı tərəfdaşlarla fəaliyyət göstəririk.

Peşəkarlıq

Təcrübəli komandamız hər layihəyə fərdi yanaşma təqdim edir.

50+

Ölkə

8K+

Uğurlu Çatdırılma

50+

Korporativ Müştəri

10+

İllik Təcrübə